ABŞ prezidentlərinin fiqur olduğu, onları idarə edən əsas güc mərkəzlərinin olması ilə bağlı daim fikirlər səslənib. Ancaq bu iddianın reallıq payının olub-olmadığı heç kimə məlum deyil.
Bəs bu iddia nə dərəcə doğrudur? Sözügedən “əsas güc”lər kimlərdir?
Politoloq Cümşüd Nuriyev mövzunu Bizim.Media-ya şərh edib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA
O bildirib ki, son 200 ildə ABŞ-nin dövlət başçılarının idarə olunması ilə bağlı konkret fikirlər var:
“Bu fikirlərin hər biri əsaslıdır. ABŞ-də hakimiyyətin idarə olunmasında lobbilər çox mühüm rol oynayır. Masonlar bu idarəetmədə əsas güc mənbəyidir. ABŞ masonların qəbul etdiyi qərarlarla idarə olunur. Heç bir nüfuzu olmayan, başqaları tərəfindən tanınmayan adamların hakimiyyətə gətirilməsinin arxasında güclər dayanır.
Məsələn, heç kim gözləmirdi ki, Barak Obama kimi biri prezident seçilər. Tramp və Baydenin özü də hakimiyyətə belə gəlib. Corc Buşu ali məhkəmənin qərarı, Baydeni isə təhdid yolu ilə hakimiyyətə gətirdilər. Bu, Amerikada qəbul edilmiş bir ənənədir.
Onlar bizə demokratiyadan “dərs” keçməyə çalışırlar, amma ABŞ-da insanların səsi satılır. Yəni insanlar öz səslərini pul qarşılığında satırlar. Orada əvvəlcədən müəyyən olunur ki, kimlər kimə səs verəcək. Daha sonra açıq ticarət gedir. Bu ticarətin arxasında isə ictimaiyyətlə əlaqələr PR (ing. PR – public relations) var.
Xüsusi şirkətlər var ki, bu işlə məşğuldular.
Bizim üçün qəribə gələ bilər, Amerika üçün bunlar normaldır. ABŞ tarixində Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olan Con Kennedi bu sistemi qəbul etmədi, federal rezerv sistemini milliləşdirdi, 1963-cü ildə onu öldürdülər. 61 il ötüb, hələ də tapa bilmirlər ki, onu kim öldürüb. ABŞ-də gizli dövlət var. Gizli dövlətin arxasında isə maraqlar durur. Bu gün də o siyasət davam etdirilir”.
Məhərrəm Əliyev, Bizim.Media