İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qambiya Respublikasında baş tutan 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.
Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT - 2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı adlanıb)1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. Təşkilata 57 dövlət daxildir.
Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olub, həmçinin İƏT ölkənin daxil olduğu ilk təşkilatdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:13 / 04.05.2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
Hazırda oxunan: İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
Hazırda oxunan: İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
190475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.