Ceyhun Bayramov mərakeşli həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib - FOTO

Ceyhun Bayramov mərakeşli həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov mərakeşli həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib - FOTO

190456

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.

C.Bayramov, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO