Buzduxdan Qərbi Zəngəzura: “Ermənistan başqa güzəştlərə məcbur ediləcək”

Buzduxdan Qərbi Zəngəzura: “Ermənistan başqa güzəştlərə məcbur ediləcək”

Hazırda oxunan: Buzduxdan Qərbi Zəngəzura: “Ermənistan başqa güzəştlərə məcbur ediləcək”

190381

“Müdafiə Nazirliyinin açıqlamasından məlum olur ki, Buzdux və ətraf yüksəkliklərin alınması şiddətli silah atışları gücünə olmayıb”.



Sfera.az bildirir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. O bildirib ki, bundan sonra lokal hərbi əməliyyatların davam edəcəyi və bunun silahlı toqquşmalarla müşayiət ediləcəyi istisna deyil:



“Sərhəddə hazırda baş verənlər, hərbi əməliyyatdan çox, hərbi-siyasi həmlədir və növbəti danışıqlar masasının konfiqurasiyanı müəyyən edəcək. Yeni danışıqlarda Ermənistan başqa güzəştlərə məcbur ediləcək”.



Ekspert əlavə edib ki, Azərbaycan dövlətinin Qərbi Zəngəzura aid ortaya qoyduğu konseptual yanaşmanın konkret detalları formalaşır.



Xatırladaq ki, bu gün bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.



Günay Rəsulqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO