Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini Andrey Belousov mayın 3-də Moskvada, Hökumət Evində Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsində inkişaf perspektivləri barədə müzakirələr aparıblar.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin aprelin 22-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmalara uyğun olaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə bağlı prioritet vəzifələr nəzərdən keçirilib.
Ş.Mustafayev və A.Belousov Azərbaycanın və Rusiyanın dəmir yolları ilə yüklərin sabit qaydada daşınmasını təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Müzakirələrin yekunlarına əsasən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu daşımalarının və infrastrukturunun inkişafı üçün zəruri normativ hüquqi bazanın yaradılması üzrə Birgə fəaliyyət planı təsdiq edilib.
Danışıqlar konstruktiv və dostluq şəraitində keçib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:41 / 03.05.2024
Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub
Hazırda oxunan: Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub
Hazırda oxunan: Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub
190312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.