Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”

Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”

Hazırda oxunan: Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”

190266

Rusiyadan Ermənistana pul köçürmələrin həcmində azalma baş verib. Birinci rübün nəticələrinə əsasən, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq 656,6 milyon ABŞ dolları təşkil edib.

Ermənistan Mərkəzi Bankının pul-kredit siyasəti idarəsinin rəhbəri Hayk Avetisyan bu barədə məlumat verib. O qeyd edib ki, 2023-cü ilin yanvar-mart aylarında Rusiyadan Ermənistana 1,1 milyard ABŞ dolları daxil olub.

"Bu, qismən ödəniş sistemi ilə bağlı ola bilər. Lakin pul vəsaitlərinin hərəkətinə əhəmiyyətli dərəcədə təsir edən geosiyasi və iqtisadi amillər də daxil olmaqla daha təsirli amillər də var”, - Mərkəzi Bankın sədri Martin Qalstyan dinamikanı şərh edərkən deyib.

Qeyd edək ki, Paşinyanın Qərbpərəst siyasət yürütməsi səbəbindən Ermənistanla Rusiya arasında münasibətlər xeyli dərəcədə kəskinləşib. İrəvan Moskvanın patronajlığı altında keçirilən tədbirlərə qatılmamağa üstünlük verir. Hətta İrəvan Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsini də tez-tez gündəmə atır. Əvəzində, Ermənistan rəhbərliyinin Qərblə təmasları intensivləşir. 

Bütün bunlar isə gözlənildiyi kimi, Moskvanın narazılığına səbəb olub. Kreml XİN rəhbəri və sözçüsü, habelə, Prezidentin mətbuat xidməti rəhbərinin dililə İrəvana bu barədə dəfələrlə xəbərdarlıq edib. Amma görünən odur ki, İrəvan bu xəbərdarlıqlara məhəl qoymamaq yoluu tutur. Brlə vəziyyətdə Rusiyanın sakit dayanmayacağı, Ermənistanı cəzalandıracağı istisna edilmir. Bu mənada Rusiyadan Ermənstana pul köçürmələrində baş verən kəskin azalma cəza addımının ilk simptomları hesab oluna bilər. 

Moskva İrəvanı cəzalandırmaq üçün iqtisadi yollara əl atdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirir ki, Rusiyadan Ermənistana göndərilən pulların azalması erməni vətəndaşlarına artıq bu ölkədə sərgilənən münasibətdən irəli gəlir:

“Ona qədər Ermənistan vətəndaşları Rusiyada ən yağlı yerlərə sahiblənirdilər. Amma Moskva ilə İrəvan arasında münasibətlər gərginləşəndən sonra artıq ermənilərin də Rusiyadakı biznesləri zərər çəkməyə başlayıb. Azərbaycan ərazisində terrora dəstək verdiyi üçün həbs edilən erməni milyarder Vardanyanın özünün biznesində də müəyyən geriləmələr yaranıb. Hansı ki, onun fond və biznesindən də Ermənistana müəyyən həcmlərdə pul köçürülürdü. Artıq bu da dayanıb.

Düşünürəm ki, Rusiyadan Ermənistana pul köçürmələrində baş verən 40 faizlik azalma əsasən məhz bu amillərlə bağlıdır. Bunu da əslində Rusiyanın Ermənistanı tutduğu mövqeyinə görə cəzalandırması kimi dəyərləndirmək olar”. 

Digər tərəfdən deputat qeyd edir ki, Ukrayna müharibəsi başlayanda Ermənistana üz tutan Rusiya vətəndaşlarının əksəriyyəti artıq bu ölkəni tərk edir: 

“Ukranyada müharibə başlayanda çoxsaylı Rusiya vətəndaşı Ermənistana üz tutdu. Onlar belədə öz bizneslərini də Ermənistana köçürdülər. Bu da öz növbəsində Ermənistana köçürülən pulların artmasına səbəb olurdu. Amma indi həmin şəxslərin bir çoxu yenidən Rusiyaya qayıdıb, yaxud da başqa ölkələrə gedirlər. Bu amil də Ermənistana Rusiyadan köçürülən pulların azalmasına səbəb olur”. 

R.Nurullayev düşünür ki, yaranmış vəziyyət Rusiyanın Ermənistanı iqtisadi yollarla cəzalandırmağa başladığının göstəricisi sayıla bilər: 

“Moskva ilə İrəvan arasındakı münasibətlər gərginləşməkdə davam edir. Hansı ki, bu gərginlik özünü iqtisadi və sosial məsələlərdə göstərəcək”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO