İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTO

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTO

Hazırda oxunan: İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTO

190218

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO