Mayın 2-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, parlamentlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində önəmli rolu qeyd olunub.
Bildirilib ki, qanunvericilik orqanları arasında dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilir. Bununla yanaşı, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyası təqdirəlayiq fəaliyyət göstərir.
Tərəflər 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vəziyyət, bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan dialoqun qurulması, sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından daha bir uğurlu addım olacağına əminlik ifadə edilib, aparılan müzakirələr müsbət dəyərləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:35 / 02.05.2024
Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə - FOTO
Hazırda oxunan: Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə - FOTO
Hazırda oxunan: Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə - FOTO
190152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.