Qazaxıstanlı politoloq: “Mərkəzi Asiyanın inkişafı üçün yeganə çıxış yolu Azərbaycandır” – ÖZƏL 

Qazaxıstanlı politoloq: “Mərkəzi Asiyanın inkişafı üçün yeganə çıxış yolu Azərbaycandır” – ÖZƏL 

Hazırda oxunan: Qazaxıstanlı politoloq: “Mərkəzi Asiyanın inkişafı üçün yeganə çıxış yolu Azərbaycandır” – ÖZƏL 

190036

“Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında yeni görüş platforması lazım idi. Ona görə də bu ölkədə hər iki diasporun böyük çəkisini nəzərə alaraq, mən Qazaxıstanı iki ölkə üçün ən əlverişli vasitəçi hesab edirəm”.

“Tokayevin Ermənistana təsiri böyükdür”

Bu fikirləri Bizim.Media-ya Qazaxıstanda keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən qazaxıstanlı politoloq Madi Raimov deyib. Politoloq hesab edir ki, Qazaxıstanın vasitəçiliyi bir çox problemlərin həlli üçün vacib olacaq:

“Vasitəçiliyi labüd edən məsələ Qarabağın Azərbaycanın nəzarətində olması və Ermənistanın anklav kəndlərdən çətinliklə imtina etməsidir. Bu özü də irəliləyişdir. Ermənistan Tokayevin hansı təsirə malik olduğunu yaxşı bilir. Qazaxıstan Almatıda Azərbaycan və Ermənistan arasında danışıqların başlayacağını elan edəndən sonra hər iki tərəfdən razılıq aldı”.

Mərkəzi Asiyanın yeganə çıxış yolu Azərbaycandır?

Maid Raimov bildirib ki, Mərkəzi Asiyanın Azərbaycana çox ehtiyacı var:

“Rusiya-Ukrayna müharibəsi fonunda iki alternativ iqtisadi marşrut var ki, bunlardan biri İran, digəri Azərbaycandan keçir. Lakin İran Mərkəzi Asiya ölkələri üçün əsas rəqib olduğundan, yeganə çıxış yolu Azərbaycandır. Qaz və neft kəmərlərinin, avtomobil və dəmir yollarının əsas hissəsi Rusiyadan birbaşa Avropaya gedir. Bu nəticə onu deməyə əsas verir ki, Mərkəzi Asiya ehtiyatsız davranmağa adət edib. Çünki Rusiya ilə əməkdaşlıq etmək bu ölkələr üçün əlverişli idi.

Nəticələri düşünmədən və fövqəladə vəziyyətdə alternativlər yaratmadan addımlar atıldı. Lakin Ukrayna ilə Rusiya arasında münaqişə yarandı və bu, Mərkəzi Asiya ölkələrinə də təsirsiz ötüşmədi. Avropaya ən qısa yol İrandan keçir, lakin orada məhsulların Xəzər dənizi ilə Fars körfəzi vasitəsilə daşınması üçün heç bir infrastruktur yoxdur.

Bundan əlavə, Mərkəzi Asiya Avropaya neft məhsullarının göndərilməsində İranın rəqibidir. Belə olan halda, Yalnız Azərbaycan variantı qalıb. Ona görə də Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri bu regionda sülhün olmasında maraqlıdırlar”, - deyə M.Raimov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO