ABŞ Cənubi Qafqazda sülh, yoxsa münaqişə yaratmağa çalışır? – Pol Qobldan EKSKLÜZİV AÇIQLAMA

ABŞ Cənubi Qafqazda sülh, yoxsa münaqişə yaratmağa çalışır? – Pol Qobldan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: ABŞ Cənubi Qafqazda sülh, yoxsa münaqişə yaratmağa çalışır? – Pol Qobldan EKSKLÜZİV AÇIQLAMA

189927

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda keçiriləcək görüşü irəliyə doğru atılmış addım olacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl deyib.

İki ölkə arasında son günlər əldə olunmuş bir çox razılaşmaları müsbət qiymətləndirən Pol Qobl, yekun sülh üçün bir çox görüşlərə ehtiyac olduğunu da bildirib.

“Yaxın vaxtlarda Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər başçılarının görüşü keçiriləcək. İki ölkə arasında sülhə nail olmaq üçün çoxlu belə görüşlər lazımdır. Bu, çox güman ki, irəliyə doğru atılmış bir addım olacaq, lakin heç kim hər hansı bir sessiyanın bütün problemləri həll edə biləcəyini düşünməməlidir. Bəli, ABŞ-ın iki ölkəni razılığa gəlməsini təşviq etməyə davam edəcəyinə şübhəm yoxdur. Bu, onların və ABŞ-ın maraqlarına uyğundur”, - deyə P.Qobl bildirib.

Politoloq əlavə edib ki, hazırda Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı üçün Bakı ilə İrəvan arasında sülh mütləqdir.

“Azərbaycan və Ermənistan arasında sülh Mərkəzi Asiya ölkələri üçün çox vacibdir. Sülh, Orta Asiya ölkələrinin dünya ilə ticarətinə və inteqrasiyasına kömək edəcək bir məqamdır. Buna görə də həmin ölkələr əvvəlkindən daha çox sülhə maraq göstərirlər. Lakin qeyd etdiyim kimi, sülh tək bir addımdan ibarət deyil, bu çoxmərhələli prosesdir”, - deyə P.Qobl əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO