İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi – FOTO  

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi – FOTO  

Hazırda oxunan: İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi – FOTO  

189924

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə dövlət başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırıb. 

COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd edib. 

KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və dövlət başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğulayıb. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu dedi, ölkəmizdəki tərəfmüqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirib. 

KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırıb. 

O, həmçinin qeyd edib ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir. 

Dövlət başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd edib. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini deyib. 

Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO