Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.
Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.
“Azadlıq Radiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.
“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir”, - sənəddə deyilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:44 / 30.04.2024
Macarıstan Azərbaycana görə Ermənistana dəstək verilməsi layihəsini blokladı
Hazırda oxunan: Macarıstan Azərbaycana görə Ermənistana dəstək verilməsi layihəsini blokladı
Hazırda oxunan: Macarıstan Azərbaycana görə Ermənistana dəstək verilməsi layihəsini blokladı
189742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.