Azərbaycan İrpen şəhərində daha 4 mülki obyekti bərpa edəcək

Azərbaycan İrpen şəhərində daha 4 mülki obyekti bərpa edəcək

Hazırda oxunan: Azərbaycan İrpen şəhərində daha 4 mülki obyekti bərpa edəcək

189437

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

"Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq", - mer əlavə edib.

Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO