ABŞ-ın “erməni soyqrımı” hesabatları - Gərək Ermənistan Türkiyədən üzr istəsin

ABŞ-ın “erməni soyqrımı” hesabatları - Gərək Ermənistan Türkiyədən üzr istəsin

Hazırda oxunan: ABŞ-ın “erməni soyqrımı” hesabatları - Gərək Ermənistan Türkiyədən üzr istəsin

18937

Tarixdə “erməni soyqırımı” baş verməyib. Bununla bağlı iddialar heç bir hüquqi və tarixi gerçəkliyi əks etdirmir. Soyqırımı axtaranlara Qafqazda milyonlarla insanın sürgün edilməsini, Xocalı qətliamını xatırlamasını tövsiyə edirik. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, prezident Vudro Vilsonun dönəmində hazırlanmış “Harbord” hesabatında qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların doğru olmadığı müəyyən edilib.

"Belə ki, Birinci Dünya Müharibəsindən sonra o zamankı ABŞ prezidenti Vudro Vilson tərəfindən Türkiyəyə amerikalı general James Guthrie Harbordun rəhbərlik etdiyi tədqiqat qrupu göndərilib. Onlar apardıqları geniş araşdırmadan sonra ətraflı hesabat hazırlayıblar. Amerikalı generalın hesabatında "soyqırım" iddialarının həqiqət payı olmadığı, Osmanlı ermənilərinin Türkiyənin heç bir yerində çoxluq təşkil etmədiyi göstərilib".

Y.Karauz əlavə edib ki, prezidentlər Corc Buş, Barak Obama dönəmlərində hazırlanmış hesabatlarda da erməni iddialarının tarixi gerçəklik olmadığı, bunların uydurma olduğu bəyan edilib:

“Sabiq prezident Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn də soyqırım iddiasını erməni tarixçilərinin uydurması adlandırıb. Reyqanın tapşırığı ilə aparılan araşdırmada məlum olub ki, “erməni soyqırımı” barədə deyilənlər əsassızdır, 1915-ci ildə öldürülmüş türklərin sayı daha çoxdur”.

O, ermənilərin Anadoluda 2 milyondan çox türkü öldürdüyünü diqqətə çatdırıb:

“Feyn deyib ki, türklər bizə öz arxivlərini açdılar, erməni tərəfi isə qətiyyətlə bundan imtina etdi. Əgər ermənilər öz arxivlərini açarsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər tarixi yalana yol verdikləri üçün türklərdən üzr istəmək məcburiyyətində qalacaqlar”.

General əlavə edib ki, Osmanlıda yaşayan bütün ermənilərin sürgün edilməsi ilə bağlı iddialar tamamilə yalandır.

Belə ki, 1914-cü ildə 20-ə yaxın rayonda dağınıq şəkildə yaşayan ermənilərin yalnız 7 rayonda yerdəyişməsi baş verib. Ermənilərin xəyanəti, hər fürsətdə arxadan zərbə vurmaq, satqınlıqları və bunun dövlətin təhlükəsizliyinə təhdidi nəzərə alınaraq hökumət mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qalıb.

Müsahibimiz qeyd edib ki, 1965-ci ilə qədər ortada nə erməni soyqırımı, nə də insanların qətli ilə bağlı hər hansı ifadəyə rast gəlinir. (azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO