Prezident: “COP29-un Azərbaycanda keçirilməsi Ermənistanla sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib”

Prezident: “COP29-un Azərbaycanda keçirilməsi Ermənistanla sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib”

Hazırda oxunan: Prezident: “COP29-un Azərbaycanda keçirilməsi Ermənistanla sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib”

189163

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşü çərçivəsində aparılmış müzakirələr sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə aprelin 26-da Berlində görüşü zamanı deyib.

Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğulayıb, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu deyib.
Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə bir daha təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib.

Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO