Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”

Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”

Hazırda oxunan: Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”

189096

“Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

Kansler qeyd edib ki, 15 il bundan əvvəlki vaxtlarla müqayisədə hazırda söhbət təkcə gələcək texnologiyaların tətbiqindən deyil, iqtisadi effektiv olan texnologiyaların maliyyələşdirilməsindən gedir.
“İqlim maliyyələşdirilməsi üzrə yüksək səviyyəli müstəqil ekspert qruplarının məlumatlarına görə, 2030-cu il üçün inkişaf etmiş və inkişafda olan dövlətlərdə texnologiyaların yenilənməsi üçün illik 2,4 milyon dollar lazımdır. Bu böyük rəqəmdir. Bura təkcə bir ölkənin və ya kiçik bir qrup ölkənin vasitələri kifayət etməcəyək. Belə miqsaylı investisilar üçün bir çoxlarının qoşulması lazımdır”, - O.Şolts deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO