ABŞ-dakı səfir Baydenə səsləndi - “Minalanmış ərazilərin xəritəsinə görə Ermənistana təzyiq edilsin”

ABŞ-dakı səfir Baydenə səsləndi - “Minalanmış ərazilərin xəritəsinə görə Ermənistana təzyiq edilsin”

Hazırda oxunan: ABŞ-dakı səfir Baydenə səsləndi - “Minalanmış ərazilərin xəritəsinə görə Ermənistana təzyiq edilsin”

18905

“Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir”

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ABŞ-ın “Defense One” mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olmuş, 85 nəfər isə yaralanmışdır.

E. Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucaltmışdır.

E. Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaratmışdır.

Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir. Mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO