Laçında 60-dan çox xarici nümayəndənin iştirakı ilə konfrans KEÇİRİLİR – FOTO 

Laçında 60-dan çox xarici nümayəndənin iştirakı ilə konfrans KEÇİRİLİR – FOTO 

Hazırda oxunan: Laçında 60-dan çox xarici nümayəndənin iştirakı ilə konfrans KEÇİRİLİR – FOTO 

188746

Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.

Bizim.Media xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.

Qeyd edək ki, həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.

Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.

Paneldə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev çıxış edəcəklər.


















Alçina Amilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO