"Mən bu görüşdə İlham Əliyevin Azərbaycanın beynəlxalq problemlərə dair mövqeyi ilə bağlı sərgilədiyi strateji baxışdan çox təsirləndim. Xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı ilə bağlı fikirlər diqqətimi çəkdi. Xüsusilə də sülhyaratma prosesindən sonra Azərbaycanın nüfuzu daha da yüksəlib”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici Siyasi Araşdırmalar İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev bildirib.
O qeyd edib ki, xüsusilə də Qarabağ məsələsinin həlli və sülhyaratma prosesinin irəli getməsi Azərbaycanın nüfuzunu daha da artırıb:
“Son dövrlər baş verənlər də məhz bunu göstərir. Bu isə Qazaxıstan da daxil olmaqla, Azərbaycanın dostları üçün çox qürurvericidir. Biz arzulayıq ki, Azərbaycan sosial-iqtisadi inkişaf yolunda da daha da irəliləsin”.
Bolat Nurqaliyev "COP29"un Azərbaycanda keçirilməsinə də münasibət bildirib:
“İqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi məsələsi ön plana çıxır. "COP29" kimi konfransın Azərbaycana həvalə edilməsi onu deməyə əsas verir ki, ölkənizin beynəlxalq aləmdəki mövqeyi getdikcə daha da yüksəlir. Əminəm ki, bu konfransda daha aktual problemlərin həll yollarını tapmaq mümkün olacaq".
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:29 / 23.04.2024
“Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir” - Bolat Nurqaliyev
Hazırda oxunan: “Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir” - Bolat Nurqaliyev
Hazırda oxunan: “Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir” - Bolat Nurqaliyev
188641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.