Kremldən Ağ Evə AÇIQ TƏHDİD – Rusiya ABŞ hədəflərini vurmağa HAZIRLAŞIR?

Kremldən Ağ Evə AÇIQ TƏHDİD – Rusiya ABŞ hədəflərini vurmağa HAZIRLAŞIR?

Hazırda oxunan: Kremldən Ağ Evə AÇIQ TƏHDİD – Rusiya ABŞ hədəflərini vurmağa HAZIRLAŞIR?

188401

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevə 61 milyard dollarlıq Amerika yardımının ayrılmasını şərh edib. Zaxarova deyib ki, Vaşinqtonun münaqişənin faktiki tərəfi kimi hərəkətləri qeyd-şərtsiz və qəti cavab alacaq.

Xatırladaq ki, daha əvvəl də Rusiya rəsmiləri hərbi yüklərin qanuni hədəf olacağını bildiriblər. 

Bəs, Rusiya ABŞ-ın yardım daşıyan vasitələrini hədəf alarsa, bu nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, ABŞ-ın Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım Kiyevi xilas etməyəcək. Əksinə, həmsöhbətimizə görə bu yardım Ukrayna dövlətinin süqutunu daha da sürətləndirəcək:

“Rusiya XİN-in sözçüsü Mariya Zaxarova, ondan əvvəl isə Rusiya Prezidenti Putinin sözçüsü Dmitri Peskov da ABŞ Konqresinin Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiq etməsindən sonra bəyan edib ki, bu addım Amerikanı daha da zənginləşdirəcək, Ukraynanın iflasını isə əksinə daha da sürətləndirəcək. Perspektivdə də Ukrayna dövlətçiliyinin gələcəyi şübhə altında qalacaq”. 

Ekspertə görə, ABŞ Rusiyaya qarşı müharibədə duruş gətirmək üçün Kiyevə kifayət qədər silah-sursat vermək iqtidarında deyil:

“Qərbdəki tanınmış iş adamları da təsdiqləyir ki, həmin yardımlar prinsip etibarı ilə Ukraynanı mövcud durumdan qurtara bilməyəcək. ABŞ kağız çap edə bilər. Ancaq bu ölkə Ukraynaya Rusiyaya qarşı müharibədə duruş gətirmək üçün kifayət qədər mərmi və raket vermək iqtidarında deyil. Məlum olur ki, ABŞ-ın özü belə hələlik bunu etmək imkanına malik deyil. Macarıstan baş naziri Orban və bir sıra iş adamları məsələyə münasibət bildirərək deyiblər ki, ABŞ həmin yardımı əslində Ukraynanın daha da dağılmasını sürətləndirəcək”. 

E.Mirzəoğlu düşünür ki, Ukraynanın müharibədə məğlubiyyəti labüd və qaçılmazdır: 

“Bunu Zelenski də başa düşür. Ukraynanın dağılmış infrastrukturunun bərpasına 486 milyard dollar lazımdır. Ukraynaın dövlət borcu isə 500 milyard dolları keçib. Təbii ki, bu yük Zelenskinin üzərində deyil, Ukrayna xalqı və siyasi elitanın üzərinə düzşəcək. Ukrayna NATO üzvü ola bilər. Ancaq necə olacaq? Şimali Bukovina Rumıniyaya, Lvov ətrafı Polşaya veriləcək. Bir qisim ərazi də Macarıstana veriləcək. Yalnız Kiyev ətrafı ərazi bufer dövləti olaraq saxlanılacaq”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO