İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.
Tərəflər COP29 çərçivəsində tərəfdaşlıq imkanları, Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu biznes forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:48 / 18.04.2024
COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib
Hazırda oxunan: COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib
Hazırda oxunan: COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib
187845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.