Sabiq deputat Hüseynbala Mirələmov barədə yayılan videogörüntü ilə bağlı şok faktlar ortaya çıxıb.
Məlum olub ki, hadisə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai Rayon Təşkilatının keçirdiyi onlayn toplantıda yaşanıb.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin YAP İlk Təşkilatının sədri Tamila Naibova açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Sabah YAP-ın iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
O, görüntüdə yayınlanan xanımın kimliyi barədə məlumata sahib olmadığını deyib.
“Çox biabırçı və ağlasığmaz hadisədir. Onun bu hərəkəti yazdığı kitablara sığmır”, deyə Tamila Naibova əlavə edib.
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb.
Həmin görüntülər ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilməyib. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah keçiriləcək iclasında YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.
Məsələ ilə bağlı YAP-la əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Alçina Amilqızı, Bizim.Media