İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir" - VİDEO

Hazırda oxunan: İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir" - VİDEO

187435

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şirvan suvarma kanalının təməlini qoydu - FOTO/VİDEO​


Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO