Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Hazırda oxunan: Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

187353

Qırğız Prezidenti Sadır Japarov aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev "Sputnik Qırğızıstan"a açıqlamasında məlumat verib.

Məlumata görə, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur: “Artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi müzakirə ediləcək.
Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib: "Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur.

Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO