Elman Nəsirovdan PROQNOZ – “Ukrayna müharibəsi bu tarixdə BİTƏCƏK”

Hazırda oxunan: Elman Nəsirovdan PROQNOZ – “Ukrayna müharibəsi bu tarixdə BİTƏCƏK”

187280

ABŞ-ın Ukraynaya dəstək üçün edəcəyi 61 milyard dollarlıq yardım məsələsi hələ də havadan asılı vəziyyətdə qalıb. ABŞ-ın Nümayəndələr Palatasındakı respublikaçı çoxluq bu yardımı verməyə hələlik veto qoyur.

“Reuters” agentliyinin yazdığına görə, Ukraynaya yardım məsələsinin müzakirəsi bu ay da baş tutmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Qərbə SƏSLƏNDİ: “İsraili qoruduğunuz kimi Ukraynanı da müdafiə edin”


Üstəlik, iyundan etibarən palata istirahətə yollanacaq. Payızda isə artıq ABŞ-da seçkilər məsələsi ön plana keçəcəyi üçün Ukraynaya yardım məsələsinin yenidən arxa fonda qalacağı güman olunur.

Digər tərəfdən, Sabiq Prezident və noyabr seçkilərində yenidən namizəd olacaq Donald Tramp da çıxışlarını Ukraynaya yardımı dayandırmaq üzərində qurur. Yaranmış vəziyyət belə düşünməyə əsas verir ki, bu il Kiyev ABŞ yardımından ümumiyyətlə məhrum olacaq. Noyabr seçkilərinə qədər həmin məsələnin öz həllini tapacağı gözlənilmir. 

Mövcud vəziyyət isə istər-istəməz Rusiyanın maraqlarına cavab verir. Onun nəticəsidir ki, hazırda cəbhə xəttində Ukrayna üçün çətin durum yaranıb. Ukrayna silah və sursat çatışmamazlığı hiss etməyə başlayıb. 

Görəsən, ABŞ-ın bu il Ukraynanı yardımsız qoyması fonunda savaş yekunlaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov müharibənin bu ilin noyabrında bitəcəyini düşünür:

“Ukrayna Prezidenti Zelenski xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində həyacan təbili çalır ki, ABŞ tərəfindən Kiyevə hərbi yardım ayrılmasa hadisələr ən pis ssenari üzrə inkişaf edəcək. Belədə o, Avropa ölkələrini də oxşar taleyin gözləyə biləcəyini bəyan edib. ABŞ Senatı Ukraynaya yardım məsələsinə müsbət cavab versə də, qanun layihəsi Nümayəndələr Palatasında ilişib qalıb. Nümayəndələr Palatasında respublikaçıların hökmran mövqedə olduğunu nəzərə alsaq, vəziyyətin kifayət qədər kritik olduğu qənaətinə gəlmək mümkündür. 

Nümayəndələr Palatasının respublikaçı çoxluğunun rəhbəri Maykl Conson deyir ki, əvvəllər Ukraynaya ayrılan 100 milyardlarla dollar vəsaitin hara və necə xərcləndiyilə bağlı müvafiq sənədlər təqdim etməlidirlər. O əlavə edir ki, hazırda Ukrayna yeni-yeni ərazilər itirir. Belə olan halda, yenidən 61 milyard dollar vəsait ayrılımasının sual doğurduğunu deyir”. 

Deputat qeyd edir ki, ABŞ lazımi vəsaiti ayırmasa doğrudan da Ukrayna cəbhəsində vəziyyət Kiyev üçün çox kritik olacaq: 

“Rusiya hazırda əsas zərbəni Xarkov istiqamətinə endirir. Onlar əsasən də kritik strateji infrastruktura zərbələr endirir. Belə olan vəziyyətdə silahsız, internetsiz və işıqsız qalan ölkədə fərarilik problemi də ciddi xarakter alıb. İndi hətta qadınların müharibəyə cəlb edilməsilə bağlı qanunvericilik təşəbbüsləri ortaya atılır. Bu isə vəziyyətin yaxşı olmamasının ifadəsidir. Hesab edirəm ki, müharibə noyabr ayında bitəcək. Noyabrın 5-də ABŞ-da Prezident seçkisidir. Burada isə Donald Trampın qalib gəlmə şansı böyükdür. Hansı ki, o da müharibəni dayandıracağına söz verib”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO