“Hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor karlı çıxdı və bu yaxşıdı, əsas odur ki, böyük müharibə olmasın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri siyasi şərhçi Natiq Cəfərli yazıb.
Onun sözlərinə görə, İran qabağından yemədi, cavab verdi (güya), imicini qorudu:
“Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə "zərbə" endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki "proksi"ləri də işin içində olduğunu, onların sözünə baxdığını göstərdi və elan etdi ki, bununla da onlar daha heç bir addım atmayacaqlar.
İsrail Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət, atılan 99% PUA və raketləri "məhv" edərək daxildə nüfuzunu "təmir" etdi.
ABŞ İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi.
P.S. Hətta tamaşının zamanı da razılaşdırılmışdı - şənbədən bazara keçən gecə, yəni, dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın və bunun tamaşa olması, bir daha deyim ki, yaxşıdır, deməli hələ dünyada diplomatiya ölməyib”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 14.04.2024
“İranın PUA hücumu tamaşa idi, deməli hələ dünyada diplomatiya ölməyib” - Natiq Cəfərli
Hazırda oxunan: “İranın PUA hücumu tamaşa idi, deməli hələ dünyada diplomatiya ölməyib” - Natiq Cəfərli
Hazırda oxunan: “İranın PUA hücumu tamaşa idi, deməli hələ dünyada diplomatiya ölməyib” - Natiq Cəfərli
187115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.