Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a səfirlikdə ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirilib.
"Amerika Birləşmiş Ştatları, etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi bir bölgədə ədalətli və layiqli bir sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", - diplomatik missiyadan bildirilib.
Bundan əlavə, səfirlikdə qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bəyan edib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:08 / 13.04.2024
ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyirik
Hazırda oxunan: ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyirik
Hazırda oxunan: ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyirik
187045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.