Bu vəzifə Britaniya kraliçası II Elizabetin əlindən ALINDI - Səhhəti...

Bu vəzifə Britaniya kraliçası II Elizabetin əlindən ALINDI - Səhhəti...

Hazırda oxunan: Bu vəzifə Britaniya kraliçası II Elizabetin əlindən ALINDI - Səhhəti...

187031

Kraliça II Elizabetin vəzifə təlimatında dəyişikliklər edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Bukingem sarayının hazırladığı bəyannamədə bildirilib.


Bəyannaməyə görə, kraliça artıq kanstitusion mərasim hesab olunan Britaniya Parlamentinin açılışına qatılmayacaq.  Kraliça Elizabet 59 ildən sonra ilk dəfə bu il parlamentin yeni qanunvericilik ilinin açılışında iştirak etməyib. Epizodik hərəkətlilik problemləri olan kraliçanın həkimləri ilə məsləhətləşərək bu qərarı verdiyi bildirilib.

 

Kraliçanın dövlət və millət başçısı kimi vəzifələri davam edir.

 

II Elizabetin dövlət başçısı kimi 13 əsas vəzifəsi var.

 

Yenilənmiş vəzifə təlimatına görə, onun parlament və diplomatik səlahiyyətləri davam edir. Lakin kral ailəsinin digər üzvləri kraliçanın adından bəzi vəzifələri öz üzərinə götürə bilər.

 

Kraliçanın alınan vəzifəsi isə gələcəkdə Britaniya kralı olacağı planlaşdırılan şahzadə Çarlza təhvil veriləcək.

 

Qeyd edək ki,  Kraliça II Elizabet dünya tarixində ən uzun müddət hakimiyyətdə olan ikinci monarxdır.

 

O, 2016-cı ildə vəfat edən Tayland kralı Bhumibol Adulyadeji vəzifə ilinə görə, geridə qoyaraq bu ünvana sahib olub. Tarixin ən uzun hökm sürən monarxı isə 72 il 110 günlə Fransa kralı XIV Lüdovikdir.

 

Vəsilə İbrahim

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO