Rusiya-Qərb gərginliyi ARTIR – Dünya böyük savaşa SÜRÜKLƏNİR?

Hazırda oxunan: Rusiya-Qərb gərginliyi ARTIR – Dünya böyük savaşa SÜRÜKLƏNİR?

186860

Şərqi Avropadakı hava bazaları taktiki nüvə silahı daşıya bilən F-16 döyüş təyyarələrini qəbul etməyə hazırlaşır.

Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib. Bundan əlavə, diplomatın sözlərinə görə, Almaniyanın uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükü perspektivləri müzakirə edilir.

Ümumilikdə, Polişçukun qeyd etdiyi kimi, Qərbin Kiyevə hərbi yardımının həcmi artıq 230 milyard dolları ötüb.

Bundan əvvəl Yunanıstanın Ukraynaya 32 F-16 qırıcısı təhvil vermək niyyətində olduğu bildirilirdi. Niderland hakimiyyəti həmçinin 2024-cü ilin ikinci yarısında Kiyevə F-16-lar tədarük edəcəklərini açıqlayıb.

Bir sözlə, görünən odur ki, Qərblə Rusiya arasında mövcud gərginlik artan istiqamətdə gedir. 

Belə vəziyyətdə, proseslər nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, prosesin gedişaatı yaxşı heç nə vəd etmir. Müharibə uzanacaqsa hər iki tərəf onun ziyanını çəkəcək:

“Kollektiv Qərb həqiqətən də Rusiyaya qarşı müharibə aparır. Qərbin əsas istəyi odur ki, Rusiya maksimal dərəcədə zəifləsin. Onlar Rusiyanın zəifləməsinin yolunu da bu kim münaqişəli vəziyyətlərin yaranmasında görürlər. Anoloji vəziyyətin Qafqaz, Moldova, Baltik ölkələri ətrafında alovlanması da gözlənilir. Ukraynanın imkanları isə məhdud görünür. O, artıq zəifləyir. 

Qərb vəd etdiklərini göndərmir. Onlar çalışır ki, Ukraynaya özlərinə əlverişli olan şərtlərlə kreditlər versin.Yəni Qərb əvvəlki tək Ukraynaya qeyd-şərtsiz dəstək göstərmir. Bu da ondan xəbər verir ki, Qərb Ukraynaya öz cibindən xərclənəmkən artıq uzaqlaşır. Eyni zamanda, çalışır ki, Kiyev meydandan qaçmasın. 

Dünya miqyasında artıq 7-8 gərginlik ocağı var. 

Onlardan biri də Ukrayna, Yaxın Şərq, Cənubi Amerika, Şərqi Avropa və Qafqazlardır. Bunların fövqündə qığılcımın daha da alovlanması ilə proses qlobal müharibəyə də səbəb ola bilər. İndi həmçinin bu və ya digərlərinin zəiflədilməsi üçün proksi qüvvələr də aktivləşir. Bu mənada dünya gücləri indilikdə ağır vəziyyətdən çıxacaqlarına özləri belə bir o qədər də əmin deyillər. 
Təsadüfi deyil ki, bəzi ölkələr özlərini təxribatlardan qorumağa çalışırlar. Bu təxribatların ünvanlarından biri də Qafqaz bölgəsidir. Qərb Ermənistanı təxribata çəkməklə çalışır ki, bölgəyə yiyələnsin. Bir sözlə, gedişat yaxşı heç nə vəd etmir. Müharibə uzanacaqsa, hər iki tərəf onun ziyanını çəkəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO