Belarus XİN: Bakı və Minsk beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcəklər

Belarus XİN: Bakı və Minsk beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcəklər

Hazırda oxunan: Belarus XİN: Bakı və Minsk beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcəklər

186834

Belarus və Azərbaycan ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə diqqət ayırdıqlarını təsdiqləyiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan və Belarus XİN rəhbərləri Ceyhun Bayramov və Sergey Aleynikin görüşünün yekunlarına dair bəyanatında deyilir. 

Nazirlər iki ölkə arasında 2024-cü ilin fevralında imzalanmış Yol Xəritəsinin ikitərəfli münasibətlərin bütün spektrinin inkişafına yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər. 

“Sənəd iqtisadi əməkdaşlığın cari sahələrinin inkişafına, mal və xidmətlərin qarşılıqlı ticarətinin həcminin artırılmasına yönəlmiş 60-dan çox konkret tədbiri nəzərdə tutur”, - XİN qeyd edib. 

Danışıqlar zamanı Belarus-Azərbaycan əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə geniş spektri, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilib. 

XİN başçıları qarşıdakı səfərlərin və təmasların ən yüksək səviyyədə təşkilinə, ticarət əlaqələrinin, sənaye əməkdaşlığının dərinləşdirilməsinə, birgə ticarət-iqtisadi layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər. 
Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO