“Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq” – ZAXAROVA 

“Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq” – ZAXAROVA 

Hazırda oxunan: “Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq” – ZAXAROVA 

186554

“Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq diplomatik üsullarla həll edilməlidir”. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu aprelin 10-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan tərəfinin atəşkəsi pozması ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz tərəfləri maksimum təmkin nümayiş etdirməyə və döyüşkən ritorikanın intensivliyini azaltmağa çağırırıq. Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq üçün bütün lazımi mexanizmlər mövcuddur.

İlk növbədə, söhbət Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-22-ci illərdə bağlanmış üçtərəfli sazişlər toplusundan gedir. Biz tərəfdaşlarımızı öz effektivliyini sübut etmiş formatlarda qurulmuş əməkdaşlığı bərpa etməyə şiddətlə çağırırıq. Oz tərəfimizdən qarşılıqlı məqbul həll yollarının tapılmasında, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı Bakıya və İrəvana lazımi əməli yardımı göstərməyə həmişə hazırıq. Eyni zamanda, biz Qərbin təhlükəli rolu barədə xəbərdarlıq edirik ki, o, hazırda regionda vəziyyəti sabitləşdirmək üçün çirkin oyuna başlayır”, - deyə Zaxarova bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO