Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşdü – FOTO  

Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşdü – FOTO  

Hazırda oxunan: Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşdü – FOTO  

186394

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib. 

Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar: 

"Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində baş tutdu. Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar". 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO