Ukraynalı səfir Zaqatalada – FOTO  

Ukraynalı səfir Zaqatalada – FOTO  

Hazırda oxunan: Ukraynalı səfir Zaqatalada – FOTO  

186338

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayeva Zaqatala rayonuna səfər ediblər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin “Heydər Parkı”nda ucaldılmış abidəsini ziyarət edən diplomat abidə önünə çiçəklər düzüb, dahi şəxsiyyətin xatirəsinə ehtiramını bildirib. 

Qonaqlar, həmçinin Ukrayna şairi Taras Şevçenkonun abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra xarici diplomatlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Burada ukraynalı diplomatla keçirilən görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub. Qonaqlara Zaqatala rayonunun iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında da ətraflı məlumat verilib. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO