Siyavuş Novruzov: “İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın”

Siyavuş Novruzov: “İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın”

Hazırda oxunan: Siyavuş Novruzov: “İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın”

185768

"44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə İran hər gün bəyanat verirdi və sərhəddə qoşun yığmışdı. Qeyd edirdilər ki, Zəngəzura daxil olmaq olmaz, İranın sərhəddi pozulur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

“Bu gün həmin əraziyə NATO-nun, Avropanın, ABŞ-ın kəşfiyyatçıları, terroristləri yığışır, onların silahları gəlir. Hindistandan gələn silahlar isə Hind okeanı vasitəsilə İrana gəlir və oradan Ermənistana keçirilir. Hesab edirəm ki, İran bu məsələlərdə cavab verməlidir. İran bilmir ki, o silahlar Azərbaycan üçün yığılmır, gələcəkdə onların taleyini həll edəcək? 
İran parlamentindən biri deyir ki, Azərbaycandakı İsrail səfirliyinin bombalamalıyıq. Səfirliyi bombalamaq beynəlxalq hüquqa və insanlığa zidd olan hərəkətdir. İsrailin 150-dən çox ölkədə səfirliyi var. Gözüvüz ancaq Azərbaycanı görüb? İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkini bombalasın” – deyə deputat əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO