TBMM-in NATO PA-dakı nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

TBMM-in NATO PA-dakı nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

Hazırda oxunan: TBMM-in NATO PA-dakı nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

185693

Aprelin 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərindən söz açıb. 

Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Z.Əsgərov dövlət başçılarının bu sahədə rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdırıb.

O, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. 

Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən danışan, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirib. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlandığını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzü Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. 

Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü əngəlləməyə çalışmasından söz açaraq, Azərbaycana qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birini sonadək müdafiə edəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Məlahət İbrahimqızı Azərbaycanın NATO, xüsusilə də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO