XİN: Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir - FOTO

XİN: Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir - FOTO

Hazırda oxunan: XİN: Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir - FOTO

185352

“Ermənilərin yerləşdirdiyi minalar günahsız azərbaycanlı mülki əhalinin həyatını təhdid etməkdə davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Tərtərdə mina partladı - Xəsarət alanlar var


Qeyd edilib ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi irimiqyaslı reabilitasiya və yenidənqurma işləri, habelə məcburi köçkünlərin geri qaytarılması prosesini ləngidir və regionda sülh quruculuğu səylərini sarsıdır:

“Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir”.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO