"Brüsseldə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq" - Metyu Miller 

Hazırda oxunan: "Brüsseldə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq" - Metyu Miller 

185256

Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara həsr olunacaq.

Bizim.Media xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.

Onun sözlərinə görə, görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq. 

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcəyini bildirmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO