Alen Simonyan:

Alen Simonyan: "Bu kəndləri verməsək, Azərbaycan hücuma keçə bilər"

Hazırda oxunan: Alen Simonyan: "Bu kəndləri verməsək, Azərbaycan hücuma keçə bilər"

184426

İstisna etmirəm ki, bu kəndləri verməsək, Azərbaycan hücuma keçə bilər. 

Bizim.Media xəbər verir ki, bunu martın 27-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar bu barədə açıq danışıblar. 

Simonyan əmin edib ki, Ermənistan hakimiyyəti müxalifətçilərin danışdıqları məntiqdən çıxış etmir:

"Guya biz hər şeyi veririk. Xeyr. Gəlin açıqlayaq ki, biz öz ərazilərimizi sövdələşmə obyektinə çevirmirik. Artıq iki ildir ki, dəhlizdən danışırlar. Niyə biz bu məsələdə güzəştə getmədik? Çünki aydındır ki, bu, bizim yurisdiksiyamızdadır”, - deyə o, əlavə edib.

Spikerin fikrincə, sərhədin çəkilməsinə Tavuşdan başlamaq ən düzgün addımdır, çünki orada mübahisəli ərazilər xeyli azdır:

“Düşünürəm ki, bu proses nəticəsində biz sərhədin tam konturunu əldə edəcəyik. Bu bölgədə ümumiyyətlə, heç bir ciddi mübahisə yoxdur. Qalan ərazilərlə bağlı isə mübahisələr var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO