Britaniya səfirindən Bakı ilə İrəvan arasındakı sülhlə bağlı AÇIQLAMA

Britaniya səfirindən Bakı ilə İrəvan arasındakı sülhlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Britaniya səfirindən Bakı ilə İrəvan arasındakı sülhlə bağlı AÇIQLAMA

183490

Böyük Britaniya hesab edir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bunu Britaniyanın Ermənistandakı səfiri Con Qallaher bildirib.

“Britaniya yaradılmasında və səmərəli fəaliyyətində ABŞ və Avropa İttifaqının vasitəçi kimi çıxış etdiyi platformanı, eləcə də Ermənistan və Azərbaycan tərəflərinin konstruktiv danışıqlarda iştirakını dəstəkləyir”, - o bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan və Ermənistan nümayəndələrinin danışıqlar aparması faktı ümidvericidir:

“Böyük Britaniya iki tərəf arasında birbaşa görüşləri təşviq edir və konstruktiv atmosferi nəzərə alaraq, ən həssas məsələlərin belə müzakirə oluna biləcəyinə əmin olaraq görüşləri daha tez-tez təşkil etməyə çağırır”.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunan C.Qallaher bildirib ki, Britaniya bu məsələdə də tərəfləri dəstəkləyir: “Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi region üçün böyük əhəmiyyət kəsb edir və xüsusilə, Ermənistana xarici siyasətini şaxələndirməyə, daha təhlükəsiz ölkəyə çevrilməyə kömək edəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO