“Qarabağda döyüşən muzdlular indi Ukraynadadır…” - Ermənistandan növbəti əsassız iddia

“Qarabağda döyüşən muzdlular indi Ukraynadadır…” - Ermənistandan növbəti əsassız iddia

Hazırda oxunan: “Qarabağda döyüşən muzdlular indi Ukraynadadır…” - Ermənistandan növbəti əsassız iddia

183409

Qondarma rejimin seperatçı “dövlət naziri” Artak Beqlaryan qondarma Dağlıq Qarabağ Respublikasının hakimiyyətinin Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş silahlıların Ukraynaya köçürülə biləcəyinə inandığını deyib.


Sfera.az xəbər verir ki, “Ria Novosti”yə müsahibə verən separatçıların başçısı bu gün Ukraynada həmin  terror qruplaşmalarının Rusiyaya qarşı vuruşması ehtimalının yüksək olduğunu  bildirib:


Bundan əvvəl isə o qeyd edib ki, “DQR” hakimiyyətində 5-7 min arası suriyalı və liviyalı yaraqlının Azərbaycanın tərəfində vuruşduğu, müharibədən sonra bir qisminin Azərbaycanın işğal etdiyi ərazilərdə qala biləcəyi barədə onlarda məlumat var.


"Onlar bura anti-xristian ideyaları ilə pul üçün döyüşməyə gəliblər. “DQR” hakimiyyətində bu terror qruplaşmalarının Suriyada Rusiya qoşunlarına qarşı vuruşması ilə bağlı dəlillər də var və onları Qarabağa cəlb edərkən də Rusiya əleyhinə şüarlardan istifadə olunub”,-deyə Beqlaryan əsassız iddia ilə çıxış edib.

 

Əzizə Zeynal
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO