Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını AÇIQLADI

Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını AÇIQLADI

Hazırda oxunan: Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını AÇIQLADI

183322

“Rusiyanın Ukraynaya hücumu başlayandan bu günə qədər Rusiya qoşunları Ukraynanın 3 mindən çox yaşayış məntəqəsini işğal edib”.

 

Sfera.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq siyasətçilərinə və xalqına müraciətində deyib.

 

Onun sözlərinə görə, Ukrayna ordusu sözügedən ərazilərin mindən bir qədər çoxunu azad edib: “Rusiya 3620 yaşayış məntəqəsinə daxil olub. Ukraynalı döyüşçülər 1017 yaşayış məntəqəni artıq azad edib. Daha 2603 ərazini isə azad etmək lazımdır”. 

 

Zelenski qeyd edib ki, bu gün Ukrayna ərazisinin təqribən 20%-i Rusiyanın nəzarəti altındadır. Bu isə demək olar ki, 125 min kvadrat kilometr edir: “12 milyona yaxın insan məcburi köçkünə çevrilib, 5 milyondan çox insan başqa ölkəyə gedib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO