Azərbaycan və Ermənistan uzun illərdən sonra dayanıqlı və davamlı sülhə nail olmaq üçün fürsət əldə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
"Mən Azərbaycan Prezidentinin "hər iki tərəfin sülhə həmişəkindən daha yaxın olması" fikrini qiymətləndirirəm. Azərbaycanı Ermənistanla dayanıqlı sülhün əldə olunmasına təşviq edirəm", - Baş katib vurğulayıb.
Bizim.Media