Martın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransislə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Nizamnaməsinin məqsədlərinə nail olunması sahəsində verdiyi töhfələr haqda danışılıb.
S.Qafarova Baş Assambleyanın prezidentinin elan etdiyi 4 prioritet istiqamət – sülh, tərəqqi, firavanlıq və davamlılıq üzrə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq hüququn universal norma və prinsiplərinə, xüsusən ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin bu istiqamətlərin reallaşdırılması baxımından zəruriliyi vurğulanıb.
Milli Məclisin sədri qonağı regionda mövcud olan vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistanın basdırdığı minaların törətdiyi təhlükə barədə məlumatlandırıb, bu istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. Parlamentin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirib.
Bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərdən söz açan Sahibə Qafarova Milli Məclisin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb.
O, həmçinin ölkəmizin parlament diplomatiyasının gücləndirilməsi istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib.
XI Qlobal Bakı Forumunda iştirak üçün ölkəmizə gələn Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə daim sadiqliyini nümayiş etdirdiyini diqqətə çatdıran qonaq ölkəmizin çoxtərəfliliyin təşviqində rolunu xüsusi qeyd edib.
BMT-nin nümayəndəsi Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb.
Dennis Fransis COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən Dennis Fransis bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin davamlı inkişafın və firavanlığın əsas şərti olduğunu, bu təşəbbüslərin BMT tərəfindən dəstəkləndiyini bildirib.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü uğurlu təşəbbüsləri xüsusi qeyd edərək, Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasını, Qadınlar Platformasının formalaşdırılması istiqamətində görülən işləri dünyada çoxtərəfliliyin təşviqi və inkişafı baxımından mühüm addımlar kimi qiymətləndirib.
Söhbət zamanı qonağa Milli Məclisin strukturu və fəaliyyəti haqqında da məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
06:15 / 17.03.2024
Milli Məclisin sədri BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb - FOTO
Hazırda oxunan: Milli Məclisin sədri BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb - FOTO
Hazırda oxunan: Milli Məclisin sədri BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb - FOTO
182951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.