NATO-nun baş katibi Yens Stoltenberqin martın 17-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfəri planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Baş katibmartın 17-də Bakıda Prezident İlham Əliyevlə, 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla görüşəcək.
Daha sonra o, Tbilisiyə yola düşəcək və Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
Martın 19-da isə Stoltenberqin İrəvan səfəri planlaşdırılıb. O, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:21 / 15.03.2024
Stoltenberq Azərbaycan, Ermənistan və Gürcüstana SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Stoltenberq Azərbaycan, Ermənistan və Gürcüstana SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Stoltenberq Azərbaycan, Ermənistan və Gürcüstana SƏFƏR EDƏCƏK
182805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.