"Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.
Türkiyə XİN başçısı Qarabağ zəfərinin doğurduğu reallıqlardan söz açıb:
“Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə qalıcı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.
Bizim.Media