Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisini qəbul edib - FOTO

Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisini qəbul edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisini qəbul edib - FOTO

182600

Martın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruven Menikdivela ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb.

Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən “Böyük Qayıdış” Proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu qeyd edən Ceyhun Bayramov ölkəmizin BMTQAK ilə bir sıra istiqamətlərdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin COP29-a hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, bu tədbir çərçivəsində BMTQAK ilə bir sıra birgə tədbirlərin təşkilinin mümkün olduğunu bildirib.

Ruven Menikdivela Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə mübarizədə nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb, bu istiqamətdə hazırkı postmünaqişə dövründə BMTQAK-ın məcburi köçkünlərin qayıdışı çərçivəsində mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO