Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub

Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub

Hazırda oxunan: Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub

182151

Martın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Bəxtiyar Əliyev Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını deyib.

O, dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd edərək rəhbərlik etdiyi Elm və təhsil komitəsinin Milli Məclisdə fəaliyyət göstərən 15 komitədən biri olduğunu söyləyib. Qanunverici orqanların müvafiq komitələri arasında əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından vacibliyindən bəhs edib. Təhsil üzrə komitələr arasında əlaqələrin dərinləşməsi üçün birgə səylərin davam etdirilməsinin önəmini vurğulayıb.
Komitə sədri ölkəmizdə təhsil sisteminin inkişafı, bu istiqamətdə həyata keçirilən islahatlardan söhbət açıb, elm və təhsil sahəsinin qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd edib. O, Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi, o cümlədən tələbə mübadiləsi, diplomların qarşılıqlı tanınması ilə bağlı əməkdaşlığın inkişafı barədə fikirlərini açıqlayıb.

Bəxtiyar Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. O, “yaşıl enerjiyə” keçidlə bağlı ölkəmizdə həyata keçirilən dövlət proqramlarının qarşımızda geniş imkanlar açdığını bildirib.

Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadze səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, qardaş və qonşu ölkələrimiz arasında möhkəm dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğunu söyləyib. Bu münasibətlərin möhkəmlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Heydər Əliyevə Gürcüstan xalqının daim hörmətlə yanaşdığını, onun adının bu ölkədə əbədiləşdirildiyini deyib.

Əlaqələrimizin güclənməsində qanunverici orqanların rolundan danışan Givi Mikanadze qarşılıqlı səfərlərin vacibliyini qeyd edib, bu səfərin iki ölkə parlamentləri arasında əlaqələrin inkişafına xidmət edəcəyini söyləyib. O vurğulayıb ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsində təhsil, elm sahəsində əlaqələrin inkişafı böyük önəm daşıyır. Bu əlaqələrin möhkəmləndirilməsinə parlamentlərimizdə fəaliyyət göstərən Təhsil komitələrinin töhfə verdiyini deyib və komitələr arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Gürcüstan Parlamentinin deputatları Giorgi Sosiaşvili və Rostom Çxeidze çıxış edərək Gürcüstanla Azərbaycan arasında elm, təhsil, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından söhbət açıblar.

Söhbətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Kamilə Əliyeva, Etibar Əliyev, Anar İsgəndərov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO