Son zamanlar Avropanın iki aparıcı dövləti olan Fransa ilə Almaniya arasında müəyyən gərginlik yaşanır. Parisin NATO-nun Ukraynaya qoşun göndərməsi ehtimalına Berlinin mənfi cavab verməsi iki ölkə rəsmiləri arasında üstüörtülü atmacalara rəvac verib. Bu da Berlinlə Paris arasında fikir ayrılıqlarının hər keçən gün daha da dərinləşdiyini deməyə əsas verir.
“The New York Times” qəzetinin yazdığına görə, Ukraynaya NATO qoşunlarının yeridilməsi ilə bağlı təklifə Berlinin etiraz etməsinə Fransa Prezidenti Makron “Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir” deyə cavab verib.
Bu cavab Berlində “təhqir” kimi qəbul edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona verdiyi cavabda “Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur” deyib.
Görəsən, Aİ-nin iki əsas gücü niyə qarşı-qarşıya gəlib?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Parislə Berlinin bir-birinə qarşı çıxması maraqlar toqquşmasının nəticəsidir:
“Makron “Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir” fikri daha çox Almaniyanı təxribata çəkməyə, qızışdırmağa hesablanıb. Amma o başa düşmür ki, almanlar həddəna rtıq sakitdirlər. Hətta təhqir olunsalar da belə, ona cavabı düşünülmüş başla verirlər”.
Həmsöhbətimiz qeyd edir ki, belə vəziyyətin yaranması Makronun siyasətdə xam olmasından qaynaqlanır:
“ABŞ Ukrayna layihəsini artıq bitmiş hesab edir. Ukraynaya görə Rusiya ilə üz-üzə gəlmək ABŞ-ın marağında deyil. Berlin isə Avropanın diplomatik sükanı rolunu Parisin əlindən almaq istəyir.
Belə vəziyyətin yaranması həm də Makronun siyasətdə xam olması ilə əlaqədardır. İngiltərə də Fransanı bir dövlət kimi çökdürməyə çalışır və buna da müəyyən dərəcədə nail olur. London da Almaniyanın timsalında “ilanı Seyid Əhməd əlilə” tutur.
Ukrayna parçalanacaq və ona hər hansı bir xarici canlı qüvvə kömək etməyəcək. Amerikada bunu başa düşür. Ona görə də məsələni pərdə arxasından həyata keçirməyə çalışır. Almaniya da bunu gözəl anlayır, bu səbəbdən də Makronun təxribatına uymurlar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:20 / 12.03.2024
Avropanın iki böyük gücü QARŞI-QARŞIYA – Almaniya-Fransa gərginliyinin PƏRDƏARXASI
Hazırda oxunan: Avropanın iki böyük gücü QARŞI-QARŞIYA – Almaniya-Fransa gərginliyinin PƏRDƏARXASI
Hazırda oxunan: Avropanın iki böyük gücü QARŞI-QARŞIYA – Almaniya-Fransa gərginliyinin PƏRDƏARXASI
182063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.