Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Hazırda oxunan: Qazaxıstan Prezidenti Azərbaycana gəlir

181889

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev martın 11-12-də Azərbaycan Respublikasına səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə exclusive.kz saytı yazıb.

“Səfər çərçivəsində Tokayev Prezident İlham Əliyevlə danışıqlar aparacaq və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının birinci iclasında iştirak edəcək”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, İlham Əliyev fevralın 7-də yenidən Azərbaycan prezidenti seçilib. Həmin gün Kasım-Jomart Tokayev İlham Əliyevi telefonla təbrik edib. Fevralın 14-də İlham Əliyev andiçmə mərasimində çıxış edərək “Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir” deyib. 
Qazaxıstan Prezidenti 2023-cü ilin dekabrında İlham Əliyevi ad günü münasibətilə təbrik edən zaman 2024-cü ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO