Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı təxribat olarsa müharibə başlayacaq - Politoloq

Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı təxribat olarsa müharibə başlayacaq - Politoloq

Hazırda oxunan: Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı təxribat olarsa müharibə başlayacaq - Politoloq

18181

Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır”.

Bizim.Media-xəbər verir ki,  Bunu ARB24-ün “Gündəm” verilişində politoloq Elxan Şahinoğlu deyib.

“Qarabağda əlisilahlı separatçılar hələ də var. Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın koridoru da bizim nəzarətimiz altında olmalıdır. Ordan kim istəsə rahat keçib getməməlidir. Amma yenə təxribatlar davam edir. Yenə də onların naziri qanunsuz şəkildə bizim torpaqlarımıza gəlib.  

Bilə-bilə ki, bu addımlar bizlərdə qıcıq yaradır bunu davam etdirirlər.

Anlamalıdırlar ki, bu hərəkətlər bölgədə müharibə riskini artırır.  Müharibə olmasa da, biz antiterror əməliyyatları ilə bu problemləri həll edə bilərik. Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə antiterror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndiyə, Xocalıya qayıtmalıyıq”, - o bildirib.

Politoloqun fikrincə bunlar danışıqlar yolu ilə həll edilə bilər. Lakin qarşı tərəf bunun üçün addım atmalıdır:

“Bizdən əsirlərin geri qaytarılmasını istəyirlər. Biz onlara terrorçu deyirik. O təyyarə niyə boş qayıtdı İrəvana? Çünki bir addım atmadılar. Sən bizə minalanmış ərazilərin xəritəsinimi verdin? Yoxsa Rusiya “İskəndər”lə bağlı hesabat verdi?” 

E.Şahinoğlu Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı da fikrini bölüşüb. Politoluq hesab edib ki, qarşı tərəf məsələdə hansısa təhlükə yaradarsa, bu, müharibə çağırışı olar: 

“Əgər Zəngəzur üzərindən dəmiryolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmiryolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmiryolu anında qapanacaq və müharibə başlayacaq. Dəmiryolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO